28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaşlı nənənin canlı yayımda aparıcıya hücumu

29.05.2021

Rusiyanın Omsk şəhərində yerli telekanalların birində canlı yayım zamanı yaşlı nənə aparıcıya hücum çəkib.

"RİA Novosti” bununla bağlı kadrları təqdim edib.

Videoda müxbir Anna Kokorinanın reportajı zamanı yaşlı qadının onu qovduğu görünür. Kadrlar nənənin jurnalistin üstünə hücum çəkməsi ilə bitir.

"Bir çoxları Annanın səhhəti ilə maraqlanırlar, çünki efir ən "maraqlı” yerində kəsilir. Məlumat veririk: Jurnalist sağ-salamatdır, yaxınlıqda park edilən avtomobillərdən fərqli olaraq ona zərər dəyməyib. Nənə çəkilişdən sonra maşınları meydandan "qovmağa” çalışıb”, - deyə telekanaldan bildirilib.

Yaşlı qadının psixoloji sağlamlığı ilə bağlı yoxlamalara başlanılıb.