04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mustafa Şentop Azərbaycan xalqını təbrik etdi

28.05.2021

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Milli Məclisin spikeri Sahibə Qafarovaya 28 May - Respublika Günü münasibətilə təbrik ünvanlayıb.

DM-in məlumatına görə, M.Şentop məktubunda dost və qardaş Azərbaycan xalqını təbrik edib.

Parlament sədri bildirib ki, 1918-ci il 28 may tarixində Cümhuriyyətin elan edilməsi Azərbaycan tarixinin dönüş nöqtəsi olub: "Təməli o günlərdə qoyulan Azərbaycan bu gün müstəqil dövlət olaraq bölgənin və dünyanın parlaq ulduzudur. Azərbaycan müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar Türkiyə üçün qürur mənbəyidir. Bizim qardaşlıq səviyyəsindəki əməkdaşlığımız bölgədə sülh, rifah və firavanlığa töhfə verir".