04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İdmançılarımız sambo üzrə Avropa çempionatında qalib oldu

28.05.2021

Kiprin Limassol şəhərində keçirilən sambo idman növü üzrə Avropa Çempionatında idmançılarımız ölkəmizi uğurla təmsil edirlər.

DM xəbər verir ki, 27 may tarixində gənclər arasında keçirilən yarışda idmançılarımız bir qızıl, bir gümüş, bir də bürünc medal qazanıblar. Belə ki, yarışın nəticələri aşağıdakı kimi olmuşdur:

• 98 kq çəkidə 1-ci yer: Salmanov Toğrul (qızıl medal)
• 58 kq çəkidə 2-ci yer: Məmmədov Nicat (gümüş medal)
• 64 kq çəkidə 3-cü yer: Bağırov Elvin (bürünc medal)

İdmançılarımızın uğurlu iştirakı nəticəsində Azərbaycan 40 iştirakçı ölkə arasında 3-cü yerdə qərarlaşa bilib. 28 may tarixində artıq böyüklər arasında keçirilən yarışa start verilib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Vitse-prezidentləri Cavid Səbzəliyev və Murad Cəfərov daxil olmaqla sambo üzrə Azərbaycan yığma komandası tam heyətlə yarışda iştirak edirlər.