29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blinken Azərbaycanın Respublika Günü münasibətilə bəyanat yaydı

28.05.2021

 ABŞ hökuməti adından Azərbaycan xalqını Respublika Günü və 1918-ci ildə müsəlman dünyasında ilk demokratik hökumətin qurulması münasibətilə təbrik edirəm.

DM xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin bu barədə bəyanatı departamentin saytında yerləşdirilib.

O qeyd edib ki, ABŞ Azərbaycanla iqtisadi, enerji və təhlükəsizlik sahələrində 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir:

"Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfəni alqəşlayırıq.

Amerika Birləşmiş Ştatları minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında şəxsi mübadilə və səfirliklərimizin ictimaiyyətlə əlaqələri yolu ilə qurduğu əlaqələri də yüksək qiymətləndirir”.