09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tankerdə yanğın olub

05.08.2018

Yaponiyanın Tokio yaxınlığında yerləşən Çiba prefekturasının sahillərində olan tankerin maşın bölməsində yanğın baş verib.
NHK telekanalı xəbər verir ki, hadisə nəticəsində həlak olanlar və neft məhsullarının sızması barədə məlumat verilmir.
Qeyd edilir ki, Baqam adalarının bayrağı altında üzən "Front Hakata” tankeri Səudiyyə Ərəbistanından Yaponiyaya neft gətirirmiş. Sahil Mühafizə Xidmətinin bildirdiyinə görə, yanğın maşın bölməsində baş verdiyindən neft məhsullarının yanması ehtimalı çox azdır.
Tankerin heyətinin bütün üzvləri Hindistan vətəndaşlarıdır. Hazırda onların hamısı yanğının söndürülməsi ilə məşğuldur. Yaponiya Sahil Mühafizəsi Xidmətinin bir helikopteri və dörd kateri də tankerə kömək üçün göndərilib.
Yanğının baş verməsi səbəbləri aydınlaşdırılır.