29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vaksin vurdurmaq istəyənlər arasında sıxlığın SƏBƏBİ

27.05.2021

 Bu gün sosial şəbəkələrdə bəzi poliklinikalarda vaksin vurdurmaq üçün gələn vətəndaşlar arasında sıxlıq yaşanıb.

Vaksin üçün müraciət növbəlilik prinsipi ilə həyata keçirilsə də, bəzi poliklinikaların həyətində sosial məsafənin qorunmadığı aydın görülür.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi bəzi poliklinikalarda sıxlıqla bağlı cavab verib. Bildirilib ki, operativ qərargahın sonuncu brifinqindən sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb.

Problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir:

"Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır. Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır”.

Qeyd edək ki, bu gün 1 saylı Kliniki Tibbi Mərkəzin həyətində vaksin vurdurmaq üçün gələnlər arasında sosial məsafənin qorunmaması, yaranan sıxlıq müzakirələrə səbəb olub.