29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Azərbaycanla sərhədə gəldi

27.05.2021

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanla sərhədə gəlib.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Nikol Paşinyan erməni diversantların Azərbaycanla sərhədi pozaraq ərazilərimizə soxulmağa çalışdığı Geqarqunik vilayətinin Kut kəndinə səfər edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.