29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Azəriqaz”ın departamenti mükafatlandırıldı

27.05.2021

"Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamenti (BRQSD) Respublika Həmkarlar İttifaqları Konfederasiyasının fəxri diplomu ilə təltif olunub.

Bu barədə Musavat.com qurumunun mətbuat xidmətinə istinadən xəbər verir.

Respublika müsabiqəsi "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirilib. Bu sahədə ən yaxşı nəticələrinə görə adı çəkilən Departament fəxri diploma layiq görülüb. Mükafatlandırma mərasimində "Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun müavini Ramil İsgəndərov, Birliyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak ediblər. Birliyin rəhbərliyi Departamentin hər bir məsul şəxsinin təklif, ideyalarını dinləyib və son illərdə əldə olunan nəticələri yüksək qiymətləndirilib. R.Əliyev BRQSD-nın üzərinə düşən məsuliyyətli işi bir daha xatırlatmaqla abonentlərlə ünsiyyətdə və müştəri xidmətlərinin göstərilməsində qüsursuz davranışın vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı Regional Qazın Satışı Departamentinin müxtəlif sahələrdə çalışan 1 306 əməkdaşı var. Onlar paytaxt Bakı və Abşeron yarımadasında təbii qazdan istifadə edən 918 440 abonentə xidmət göstərir.