29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxıstan azərbaycanlılarından “YAŞAT” Fonduna dəstək

27.05.2021

Kostanay vilayətindəki soydaşlarımız "YAŞAT” xeyriyyə marafonuna qoşulublar.

Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən azərbaycanlı icmasının "Birlik” etnomədəni cəmiyyətinin təşəbbüsü ilə "YAŞAT” xeyriyyə marafonuna dəstək tədbiri keçirilib.

Tədbirdə çıxış edən "Birlik” cəmiyyətinin sədri Rafail Hacıbalayev deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Vətən müharibəsində qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olmaq hər bir azərbaycanlının borcudur:

"Qazaxıstan azərbaycanlıları da böyük xalqımızın bir hissəsi olaraq hər an dövlətimizə dəstək olmaq üçün əlindən gələni etməyə hazırdır”.

Cəmiyyətin tədbirdə iştirak edən 51 üzvü "YAŞAT” xeyriyyə marafonuna qoşulduğunu bildirib və ianələr edib.