29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov avstriyalı həmkarı ilə görüşüb

26.05.2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avstriyalı həmkarı Aleksander Şallenberq ilə görüşüb.

Bu barədə o, özünün "Twitter” səhifəsində məlumat yayıb.

"Avstriyanın xarici işlər naziri Şallenberq ilə yaxşı görüş keçirdik. İkitərəfli iqtisadi əlaqələrin inkişafı, COVID pandemiyasına qarşı birgə mübarizə ilə bağlı sualların geniş spektrini müzakirə etdik. Onu azad edilmiş ərazilərdə münaqişəsonrası vəziyyət, cari yenidənqurma və bərpa layihələri barədə məlumatlandırdıq”, - deyə C.Bayramov qeyd edib.