05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hərbçilərimiz Türkiyədə paraşüt hazırlıqlarını nümayiş etdirdi

26.05.2021

Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı "Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq təlimdə paraşüt hazırlığı üzrə məşqlər keçirilib. Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşütlərdən istifadə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Təlim iyunun 4-dək davam edəcək.