29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avtobuslarda GEDİŞ HAQQI bahalaşır? - RƏSMİ AÇIQLAMA

26.05.2021

"Məhdudiyyətin aradan qaldırılması bütünlüklə tətbiq olunduğu üçünBakıBeynəlxalq Avtovağzal Kompleksindən regionlara ötən ilin mart ayından məhdudlaşdırmaya qədər hansı relslər mövcud idisə, hamısı bərpa olunur. Regionlardan Bakıya və regionlarası reyslər də hamısı bərpa edilir".

DM xəbər verir ki, bu fikirləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

O əlavə edib ki, gediş-gəliş iri tutumlu avtobuslarla bərpa olunur: "Avtobuslarda qiymətlər dəyişməyib. Tarif Şurasının müəyyən etdiyi qiymətlər ötən ilin mart ayına qədər hansı formada idisə, pandemiyanın kəskin formada yayılması zamanı məhdudiyyətə qədərki dövrdə sərnişinlər hansı tariflə ödəniş edib regionlardan Bakıya və ya əksinə gedirdilərsə, eyni tariflər keçərli olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin avtovagzal.az saytı var və həmin sayt üzərindən onlayn bilet əldə etmək imkanları var. Bundan yararlanmaqla kassaların qarşısında növbələrin yaranmasının qarşısını almaq mümkündür".