29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakının mərkəzi küçələrində sıxlıq var

26.05.2021

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə ekspresvə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

Belə ki, Ziya Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək,Heydər Əliyev prospekti - Mərkəz istiqamətində əsas və köməkçi yolda sıxlıq var.

Eyni zamanda 8 noyabr prospekti - Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək,A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək,Yusif Səfərov küçəsi - Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində, Aeroport şossesi - Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək,Rəşid Behbudov küçəsi - Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək, eləcə də Moskva prospekti - 20 yanvar dairəsi istiqamətində Beynəlxalq Avtovağzalın qarşısınadək sıxlıq müşahidə edilir.