29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu ölkələrdən bəzi məhsulların idxalına qadağa qoyuldu

25.05.2021

Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərində yüksək patogen quş qripi xəstəliyi, Rusiyanın Nijeqorod vilayətində Nyukasl xəstəliyi, Rumıniyanın Curcu inzibati ərazi vahidində keçilərin artrit-ensefalit xəstəliyi qeydə alınıb.

"DMQafqazinfo” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Qeyd olunub ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rumıniyanın Curcu inzibati ərazi vahidindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, Cənubi Afrika Respublikasının Şimali Keyp, Şərqi Keyp, Kvazulu-Natal, Limpopo əyalətlərindən və Rusiyanın Nijeqorod vilayətindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub