Paralimpiyaçımız dünya üçüncü olub 
    
                          
     
                         24.05.2021
 
    
                        
Azərbaycan paralimpiyaçısı Nurlan Babacanov (97 kq) Tbilisidə keçirilən dünya kuboku yarışlarında fərqlənib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən  bildiriblər ki, pauerliftinq idman növü üzrə milli komandamızın üzvü N.Babacanov 190 kiloqram nəticə göstərərək yarışın bürünc medalına sahib olub.
Yarış "Tokio-2020” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.
Qeyd edək ki, daha əvvəl millimizin üzvlərindən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (107 kq-dan yuxarı) dünya kuboku yarışlarında qızıl medala sahib olub.