Atasının ölüm səbəbini açıqladı 
    
                          
     
                         21.05.2021
 
    
                        
Atamın ölümünün səbəbi ağciyər iltihabı idi. Berlinə müayinə üçün gəlmişdi. Hər şey yaxşı idi. Sonra gözlənilmədən ağciyər iltihabı diaqnozu qoydular. Səbəbi məlum deyil, çünki bütün göstəricilər yaxşı idi. O, koronavirusdan hələ dekabrda sağalmışdı, anticisimləri var idi.
Bu barədə Report-a Tahir Salahovun qızı Aydan Salahova bildirib.
O, İtaliyadan gəldikdən sonra atası ilə danışdığını deyib:
"Mən onunla danışmağı bacardım. Dünən isə o, sonda heç nə demədən bizi tərk etdi”.
A.Salahova qeyd edib ki, hazırda sənədləşmə və dəfn məsələsi həll olunur, bununla Azərbaycan səfirliyi məşğuldur.
Görkəmli Azərbaycan rəssamı Tahir Salahov ömrünün 92-ci ilində Almaniyada klinikada vəfat edib.