09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nağılbaz vəfat edib

04.08.2018

Tanınmış reper Anar Nağılbaz vəfat edib.
Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stres səbəb olub.
Atası, sabiq deputat Rizvan Cəbiyev oğlunun ölümü ilə bağlı Real TV-yə açıqlamasında bildirib ki, Anar Nağılbaz evdə, valideynlərinin yanında dünyasını dəyişib. Rizvan Cəbiyev deyib ki, Anar Nağılbaz bir müddət əvvəl müalicə alıb: "Qara ciyəri iflas etmişdi”.
Qeyd edək ki, Anar Nağılbaz 1974-cü il martın 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb.
Nağılbaz 1991-ci ildə "Aysel” miniatür teatr studiyasını yaradıb. 1990-1992-ci illərdə "Kirpi” jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan” qəzetinin müxbiri olub.
Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip” teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
44 yaşlı rep ifaçısı 2 dəfə evlənib. Onun Anjelika adlı ilk həyat yoldaşından 2 övladı var. Bu ilin iyununda isə Aytən adlı xanımla ailə qurmuşdu.
Allah rəhmət eləsin!