Ərdoğan Akşənəri məhkəməyə verdi 
    
                          
     
                         20.05.2021
 
    
                        Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiya sədri Meral Akşənəri məhkəməyə verib.
Türkiyə mediasının xəbərinə görə, Ərdoğan Akşənərdən dəymiş mənəvi ziyanın ödənilməsi üçün 250 min lirə (50 min 500 manat) tələb edir.
Meral Akşənər daha öncə Rəcəb Tayyib Ərdoğanı İsrailin baş naziri Benyamin Netanyahu ilə eyniləşdirmişdi.