Polşada təyyarənin qaçırılmasının səbəbi açıqlandı   
    
                          
     
                         20.05.2021
 
    
                        Polşa Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qaçırılması ilə bağlı siqnal respublikada həyata keçirilən təlimin bir hissəsi olub.
Bu barədə TASS-a Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığının mətbuat xidmətinin nümayəndəsi Adriana Volınskaya məlumat verib.
"Bu, 17-21 may tarixlərində keçirilən "Renegade-Sarex” taktiki təliminin terrorizmə qarşı təlimlər çərçvəsində bir epizodu idi”, -deyə o, bildirib.