08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistandan geriyə addım

04.08.2018

Ermənistanın yeni hökuməti Rusiyanın sərt mövqeyi və Kremldən ard-arda gələn bəyanatlar qarşısında geriyə addım atmağa məcbur olub.
"RİA Novosti” agentliyixəbər verir ki, baş qərargahı Moskvada yerləşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) saytında bu qurumun Yerevanda həbsdə olmuş baş katibi Yuri Xaçaturovun Rusiya paytaxtına gəldiyi və öz səlahiyyətlərinin icrasına başladığı bildirilir.
KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov da bu məlumatı təsdiqləyərək əlavə edib ki, avqustun 4-dən təşkilatın Ermənistandan olan baş katibi Moskvaya gələrək öz vəzifələrinin icrasına başlayıb.
Ermənistanın Xüsusi Təhqiqat Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilir ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nin baş katibi həbs edilib, sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxılıb. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Xaçaturovun həbsdən azad edilməsi Moskvanın kəskin bəyanatlarından sonra baş verib.