30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR

20.05.2021

Gürcüstan hakimiyyəti yay turizm mövsümündə qonşu ölkələrlə quru sərhədlərini açmağı planlaşdırır.

"Report”un məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava bildirib.

"Quru sərhədlərin açılışı qonşu ölkələrdən daha çox turistin aktiv axınına imkan yaradacaq, biz bunun üzərində işləyirik. Düşünürük ki, yay mövsümündə hava sərhədində olduğu kimi, quru sərhədini də çox ciddi nəzarət altında təhlükəsiz şəkildə aça biləcəyik", - Natiya Turnava jurnalistlərə bildirib.

Qeyd edək ki, Gürcüstan Azərbaycan, Türkiyə, Ermənistan və Rusiya ilə həmsərhəddir.

Gürcüstan hakimiyyəti quru sərhədlərini 2020-ci ildə koronavirus pandemiyasına görə bağlayıb. Bu halda bəzi ölkələrin vətəndaşları Gürcüstana təyyarə ilə gedə bilərlər.
Gürcüstan hakimiyyətinin nümayəndələri bildiriblər ki, pandemiya şəraitində ölkəyə hava yolu ilə gəlmiş turistlərin sağlamlıq vəziyyətinə nəzarət etmək daha asandır, nəinki quru sərhədi ilə.

Turnava daha əvvəl bildirib ki, quru sərhədlərin açılışı koronavirus pandemiyasının üçüncü dalğası bitdikdən sonra reallaşacaq.