07 09 2025-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İlham Əliyev Putinlə danışıb

19.05.2021


Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Danışıqlar Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların hərfinə və ruhuna tam uyğun olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün praktik tapşırıqların həllinə vurğu ilə davam etdi. Bu çərçivədə Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisəyə diqqət yetirilib. Rusiya tərəfi dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesinin başlanması barədə Azərbaycan və Ermənistan arasında razılığın əldə edilməsinə yönəlmiş səylərə vasitəçilik və məsləhət yardımı göstərməyə davam edəcək”, - məlumatda qeyd olunub.