06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

19.05.2021


Tacikistanın paytaxtı Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC Tacikistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda KTMT-nin Baş katibi Stanislav Zas, Tacikistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanın xarici işlər nazirləri iştirak ediblər.

Şuraya sədrlik edən Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin KTMT-nin qəbul etdiyi qərarların yerinə yetirilməsi, Tacikistanın təşkilata sədrliyi dövründə əsas istiqamətlər barədə məlumat verib.

Şuranın iclasında KTMT çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizliyin qorunması, Tacikistan-Əfqanıstan sərhədinin gücləndirilməsi sahəsində KTMT-nin qəbul etdiyi Proqramın yerinə yetirilməsi məsələləri, terrorizm, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizə, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin gücləndirilməsi məsələlərinə baxılıb.

Xatırladaq ki, Tacikistan 2021-2022-ci illərdə KTMT-yə sədrlik edir.