04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Magistraturaya ikinci qəbul imtahanının tarixi bəlli oldu

19.05.2021


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II cəhdi mayın 26-da keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün bu linkə daxil olmaq lazımdır.

Qeyd olunub ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, "İmtahana buraxılış vərəqəsi” və "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.