05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hikmət Hacıyevin Brüssel səfəri

18.05.2021

Azərbaycan-Ermənistan sərhədinin Qara göl ərazisində mövcud gərginlik Rusiya KİV-lərinin diqqət mərkəzindədir.

"Kommersant”ın xəbərinə görə, Azərbaycan prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev Brüsselə səfəri və NATO baş katibinin müavini Mirçe Coane ilə görüşnün də bu məsələ ilə bağlı ola biləcəyi güman edilir.

Həmin görüşün təfərrüatları açıqlanmayıb, ancaq azərbaycanlı politoloq, "Valday” Beynəlxalq Müzakirə Klubunun üzvü Fərhad Məmmədovun sözlərinə görə, bu, bölgədə münaqişədən sonrakı tənzimləməyə aiddir.

"Səfərin məqsədi, çox güman ki, rəsmi Bakının mövqeyini Şimali Atlantika blokuna çatdırmaq idi. Çünki bu blokda Türkiyə kimi Azərbaycana dost, Fransa, Lüksemburq və Kanada kimi ermənipərəst mövqelərdə olan ölkələr var”, – deyə ekspert "Kommersant”a bildirib.

"Ermənistanda avantüra tərəfdarlarının unutmaması üçün Azərbaycanın silahlı qüvvələri, o cümlədən erməni işğalından azad edilmiş ərazilərdə planlı təlimlər keçirirlər”. Bunu isə Milli Məclis üzvü Rasim Musabəyov bildirib. "Ermənistandan fərqli olaraq, biz bölgədə sərhəd postları qururuq. 20-dən çox stasionar dayaq məntəqəsi və hərbi hissə yerləşdirilib”.

Rasim Musabəyovun fikrincə, mövcud mübahisədə yeganə dəlil boğazdan yuxarı bəyanatlar və xarici havadarlara müraciət deyil, sovet xəritələri olmalıdır. Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası uzun illər çəkə bilər. Bundan əlavə, bu, Bakı ilə İrəvan arasında mövcud olmayan və yaxın gələcəkdə gözlənilməyən ölkələrin qarşılıqlı tanınmasını tələb edir. "Bu işi Rusiya ilə yalnız 2012-ci ildə başa çatdırdıq. Gürcüstanla nə Azərbaycan, nə də Ermənistan bu işi hələ başa çatdırmayıb. Ancaq faktiki olaraq sərhəd qurulmalıdır və Azərbaycan bunu həyata keçirir”.