05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı-Qəbələ qatarı üçün gediş haqqı nə qədər olacaq?

18.05.2021

 Mayın 15-də açılışı olmuş Bakı-Qəbələ dəmir yolu xətti üçün gediş haqqının məbləği koronavirus (COVID-19) pandemiyası başa çatanda və qatarla sərnişin daşımalarına başlanılanda məlum olacaq.

DM xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova bildirib.

"Bildiyiniz ki, qatar pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. Çünki ölkədə regional və beynəlxalq sərnişindaşıma dayandırılıb. Odur ki, Bakı-Qəbələ qatarı üçün gediş haqqı hələ müəyyən edilməyib. Pandemiya bitəndən sonra bu barədə həm internet səhifəmizdə, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik", - deyə o, qeyd edib.