28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gürcülər azərbaycanlılara hücum edi

17.05.2021

Dünən vaxti ilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşib.

DM Bakıpost.az-a istinadən xəbər verir ki, hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır.

Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.

Videoda görünür ki, gürcülər azərbaycanlıların evlərinə hücum edir, evlərin şüşələrini sındırırlar.

Qeyd edək ki, ötən gün svanların azərbaycanlılara hücum etməsini əks etdirən görüntü yayılmışdı.