20 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Şirkətin satış təmsilçisi haqda cinayət işi başlandı

16.05.2021

"Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon prokurorluğuna müraciət daxil olub.

Qazax Rayon prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 6-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilən firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilmiş pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda istintaq aparılır.