26 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlundan Fələstinlə bağlı AÇIQLAMA

16.05.2021

Fələstin məsələsində birliyimizi və qətiyyətimizi göstərməyin vaxtı çatıb.

DM "TRT haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.

O bildirib ki, fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır.

"Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyır, bu məsələdə İƏT-in üzərinə də məsuliyyət düşür. Fələstinlilərin müdafiəsi üçün beynəlxalq mexanizm yaradılmalıdır. İnsanlar bizdən liderlik gözləyir. Türkiyə bütün lazımi addımları atmağa hazırdır", - deyə XİN rəhbəri əlavə edib.