24 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA

16.05.2021

Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.