26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı aeroportunda araşdırmalara başlanıldı

16.05.2021

Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalar başlanılıb.

Bu barədə Heydar Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:
"Bakı hava limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.

Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək".