21 06 2021-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
21/06/2021
20/06/2021

Şəhidimizlə vida mərasimi keçirilir

16.05.2021

Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazovla vida mərasimi keçirilir.

Şəhidimizin cənazəsi ailəsinin yaşadığı evə gətirilib.

Vida mərasimindən sonra şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, S.Eyvazov evli idi, bir azyaşlı övladı var.

Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının "Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kiloqram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.