24 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB-dən Rusiyanın "düşmən siyahısı"na reaksiya

16.05.2021

Hesab edirik ki, Rusiyanın AB-yə qarşı dost olmayan fəaliyyətlərlə bağlı ittihamları əsassızdır.

DM xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

O, Moskvanı dost olmayan xarici dövlətlər siyahısına yenidən baxmağa çağırıb:

"Biz Rusiyanı münasibətlərin daha da pisləşməməsi üçün öz qərarını yenidən nəzərdən keçirməyə çağırırıq. AB tərəfdaşları ilə öz mövqeyini koordinasiya etməyə davam edəcək. Biz Çexiya, digər AB üzvləri və ABŞ-la tam həmrəy olduğumuzu ifadə edirik və Moskvanı Vyana konvensiyasına əməl etməyə çağırırıq”.

Qeyd edək ki, bundan öncə Rusiya dost olmayan ölkələr siyahısını dərc edib. Siyahıda Çexiya və ABŞ-ın adı yer alıb.