21 06 2021-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
21/06/2021
20/06/2021

Dövlət Sərhəd Xidmətində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

15.05.2021

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DM xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırmışdır.

Çıxışda gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyəti sırasına daxil olduqları dövrün Azər­baycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa­düf etdiyi vurğulanmış, Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, Vətən Müharibəsinin Azərbay­can Respublikası­nın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığı, işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi üzrə zəruri infrastrukturun yaradılması istiqamətində işlərin davam etdirilməsi bildirilmişdir.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulan­mışdır.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatmışdır.