27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqunun əl işləri hərracda satıldı

15.05.2021

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun əl işləri hərraca çıxarılıb.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Hərracın keçirilməsi təşəbbüsünün nazirə aid olduğu vurğulanıb.

Rusiya Coğrafiya Cəmiyyətinin meydançasında təşkil edilən hərracda generalın rəsm əsərləri və ağac oymaları təqdim olunub. Əsərlərin satışından 40 milyon rubl (təxminən 920 min manat) əldə edilib.

Bu vəsaitin Konstantin Xabenskinin Xeyriyyə Fondunun himayəsində olan şəxlərə yardım məqsədilə xərclənəcəyi bildirilib.