03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan bayrağı ABŞ-da ucaldılacaq

12.05.2021

 "ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq”.

Bunu  ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Nyu York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli bildirib.

O qeyd edib ki, ABŞ-da Azərbaycanın dövlət bayrağının ucaldılması 28 May - Respublika Günü münasibətilədir:

"Mayın 28-də Nyu York saatı ilə saat 15:00-da Azərbaycan bayrağı şəhərin "Wall Street”də yerləşən "Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq. Həmin küçə turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir”.

O qeyd edib ki, Azərbaycan bayrağı 10 gün müddətində həmin yerdə ABŞ-ın dövlət bayrağı ilə bərabər dalğalanacaq.

Assosiasiyanın rəhbəri əlavə edib ki, Azərbaycan bayrağı asıldıqdan sonra tədbir təşkil olunacaq:

"Həmin gün milli geyimlər geyiniləcək və tədbirimiz Nyu York saatı ilə saat 17:00-dan sonra "Times Square”da davam etdiriləcək”.