02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aşqabadda Beynəlxalq Neft və Qaz İnvestisiya Forumu keçirilir

12.05.2021

 Aşqabadda Beynəlxalq Neft və Qaz İnvestisiya Forumu keçirilir. Neft və qaz sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə beynəlxalq forum Türkmənistanın müstəqilliyinin 30-cu ildönümünə təsadüf edir.

AZƏRTAC xəbər verir ki, forumda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf daxil olmaqla Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti iştirak edir.

Həmçinin videoformatda keçirilən tədbirə 42 ölkədən 160-dan çox beynəlxalq neft-qaz və investisiya şirkətini təmsil edən 500-ə yaxın nümayəndə, eləcə də böyük beynəlxalq strukturlar və maliyyə qurumlarının aparıcı mütəxəssisləri qatılıb.

Forumun məqsədi Türkmənistanın neft və qaz sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi imkanlarını genişləndirmək, enerji sektorunun gələcək davamlı inkişafı üzrə regional dialoqu intensivləşdirməkdir.

Tədbir potensial investorların neft və qaz, həmçinin qaz kimya sənayesində yeni investisiya layihələri, o cümlədən neft və qaz hasilatının optimallaşdırılması və Xəzər dənizinin Türkmənistan sektorunun şelfindəki yataqların işlənməsi barədə məlumatlılığını artıracaqdır.

Bundan əlavə, forum çərçivəsində mühüm müqavilələr və memorandumlar imzalanacaq.

Tədbir sabah da davam etdiriləcək.