08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sürücülərə dronlar “nəzarət” edəcək - YENİLİK

04.08.2018

Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləyəcək və idarəetmə zamanı mobil telefon və planşetlərdən istifadə kimi pozuntuları qeydə alacaq dörd multikopter rəsmən fəaliyyətə başlayıb.
"Dövran Media" xarici mediaya istinadən xəbər verir ki, pilotsuz uçan aparatlar fəaliyyətə başladıqdan yarım saat sonra idarəetmə zamanı beş mobil telefondan istifadə hadisəsi qeydə alınıb.
Tzinan yol polisi bölməsinin əməkdaşları bildiriblər ki, layihə üçün eksperimental fəaliyyəti üç ay davam edəcək polis xidmətinin xüsusi aviasiya dəstəsi yaradılıb.
Onun sözlərinə görə, pilotsuz uçan aparatlar vasitəsilə çəkilən qanun pozuntularının şəkilləri sübutların toplanması ilə bağlı problemi effektiv həll edə bilər.