02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Şuşada “Xan qızı” bulağında olub

12.05.2021

 Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada "Xan qızı” bulağında olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və ailə üzvləri bulağın suyundan içiblər.

Prezident İlham Əliyev deyib:

"Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə, yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcəkdir. Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan "Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm”.