02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir

12.05.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət paytaxtı Şuşada keçiriləcək "Xarı bülbül” musiqi festivalında iştirak edəcəklər.

Bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram” hesabında paylaşdığı videgörüntülərdə Prezident İlham Əliyev bildirib.

İ.Əliyev qeyd edib ki, Şuşada "Xarı bülbül” musiqi festivalı keçiriləcək:

"Biz Şuşaya gedirik. Dediyim kimi, bu il may ayında uzun zamandan sonra Şuşada "Xarı bülbül” musiqi festivalı keçiriləcək. Yolüstü Azərbaycanın dilbər güşələrindən olan Xocavənd rayonuna gəldik. Burada armudu stəkanda çay içirik.

Necə ki, Cıdır düzündə çay içmişik. Bu, qədim Azərbaycan torpağında Azərbaycan xalqı əbədi yaşayacaqdır. Eşq olsun Azərbaycaq xalqına. Yaşasın Azərbaycan”.