02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı hakim Olimpiadada ədaləti qoruyacaq “15-liy”ə düşdü

12.05.2021

Avropa Karate Federasiyası Hakimlər Komissiyasının üzvü Cahangir Babayev Tokio Yay Olimpiya Oyunlarını idarə edən 15 hakim sırasına daxil edilib.

DM-in xəbərinə görə, bu barədə dünən C.Babayevə Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos tərəfindən məktub gəlib. Məktubda onun 5-7 avqust tarixlərində Olimpiadanın karate yarışlarında hakimlik edəcəyi bildirilib.

Xatırladaq ki, Azərbaycan Milli Karate Federasiyası Hakimlər Komitəsinin sədri, 5-ci dan qara kəmər sahibi, "Əməkdar məşqçi”, eləcə də "Qaraqaplan” klubunun baş məşqçilərindən biri C.Babayev 198 dövlətin üzvü olan WKF tərəfindən 2013-cü ildə dünyanın "Ən yaxşı hakimi” seçilib.

O, həmçinin son iki İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının hakimi olub. Bakıda I Avropa Oyunlarında məhsuldar fəaliyyətinə görə Cahangir Babayev Azərbaycan Prezidentinin "Fəxri fərmanı” ilə təltif edilib. Onun yetirmələri arasında dünya və Avropa çempionatının, Avropa və İslam Həmrəyliyi Oyunlarının qalib və mükafatçıları var.