05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha bir qrup qazimiz Türkiyəyə göndərildi

11.05.2021

 Ağır yaralanan daha 11 qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fondan verilən məlumata görə, Rəhimov Ziyəddin Aşur oğlu, Abbasov Rövşən Hüseyn oğlu, Novruzov Mobil Şahmar oğlu, Abbasov Kamal Saleh oğlu, Məmmədov Vidadi Ələkbər oğlu, Əliyev Xəyyam Şəadət oğlu, İbrahimov Şahid Samir oğlu, Atakişiyev Rəşad Nazim oğlu, İsmayılov İlqar Məzahir oğlu, Abdurrəhmanov Nicat İlqar oğlu və Quliyev Şəhriyar Əsa oğluna Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi orada davam etdiriləcək.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, fond tərəfindən bu günə qədər 87 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 17-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. 
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.