09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ali rəhbərdən Ruhaninin istəyinə RƏDD CAVABI

04.08.2018

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxalif liderlər - ölkə parlamentinin keçmiş sədri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin ev dustaqlığından azad olunmaları ilə bağlı tələbini rədd edib.
"Dövran Media" "Anadolu”ya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Ali Şurası onların azad edilmələri ilə bağlı ayətulah Xaməneiyə müraciət etmişdi.
İranın ali rəhbəri müraciətə cavab olaraq bildirib: "Ölkədə aradan qaldırılası daha əhəmiyyətli problemlər var. Hökumət və Milli Təhlükəsizlik Ali Şurası bu problemlərin təqibçisi olmağı istəməlidir”.
Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cı ildə keçirilən prezident seçkisində namizəd olublar. Onların tərəfdarları seçkinin saxtalaşdırılmasına etiraz olaraq aksiya keçirmişdi. Hakimiyyətiçi bu xəttə "Yaşıllar hərəkatı” deyirdilər. 2011-ci ildən indiyədək Mehdi Kərrubi, Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnəvərd heç bir məhkəmə olmadan ev dustağıdır.
Onların azadlığa buraxılması Həsən Ruhaninin seçki proqramında öz əksini tapmışdı.