28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Futbol klubunun avtobusuna hücum edildi

11.05.2021

 Türkiyənin birinci liqasında çıxış edən "Samsunspor” klubunun avtobusu bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.

Bu barədə "Demirören Haber Ajansı” (DHA) məlumat verib.

Hücum nəticəsində avtobusun şüşələri qırılıb.

Qeyd olunur ki, oyundan sonra "Samsunspor”un oyunçularını daşıyan avtobus Adanadakı otelə yollanıb.

Futbolçular nəqliyyat vasitəsindən endikdən sonra sürücü avtobusu daha təhlükəsiz yerdə park etmək istəyərkən avtobus kimliyi bilinməyən şəxslər tərəfindən hücuma məruz qalıb.

Xatırladaq ki, "Adanaspor” - "Samsunspor” qarşılaşması qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.