28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-İran gəmiləri üz-üzə

11.05.2021

 İran İnqilab Keşikçiləri Donanmasına aid 13 ədəd sürət qayığı Hörmüz boğazında hərəkət edən ABŞ döyüş gəmilərinə 130 metr yaxınlaşmaqla təxribat törədib.

DM xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

O bildirib ki, İran donanması bu hərəkətlə beynəlxalq hüquq normalarına zidd hərəkət edib:

"ABŞ Donanmasına aid döyüş gəmisi tərəfindən havaya 30 dəfə xəbərdarlıq atəşi açıldıqdan sonra İran qayıqları bölgədən uzaqlaşmağa başladı”.

Sözçü qeyd edib ki, bir neçə gün əvvəl ABŞ döyüş gəmisi patrul missiyası sırasında içərisində RPG-lər, Rusiya istehsalı olan tank əleyhinə raketlərlə dolu gəmini ələ keçirib.