27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov Ceyhun Bayramovla görüşəcək

11.05.2021

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfərinin ikinci günündə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşəcək.

DM xəbər verir ki, görüşün əsas mövzusu Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında bölgənin dinc həyata qayıtması ilə bağlı əldə edilən birgə razılaşmaların həyata keçirilməsi olacaq.
Bayramov və Lavrov görüşündə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələrin koordinasiyası məsələsi də kənarda qalmayacaq. Tərəflər nazirliklərarası məsləhətləşmələr Planını da imzalamaq niyyətindədirlər.
Rusiyanın naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edəcək, Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyacaq.
Eyni zamanda, Lavrov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyacaq.