08 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranla sərhəddə ATƏŞ SƏSLƏRİ

04.08.2018

Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları İrandan Azərbaycana qaçaqmal yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin gətirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə DSX-nın mətbuat mərkəzindən bildirilib.
Qeyd olunub ki, hadisə Biləsuvar rayonu ərazisində baş verib. Həmin gün saat 22:00 radələrində İrandan üç nəfər şəxsin sürünərək Azərbaycan ərazisinə doğru hərəkət etməsi aşkarlanıb.
Dövlət sərhədini pozduqdan sonra sərhədçilər tərəfindən aşkarlandıqlarını başa düşən sərhəd pozucuları naryadın xəbərdarlıq atəşinə baxmayaraq, havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək İrana geri qayıdıblar.
Hadisə yerinə baxış zamanı bir ədəd bel çantasının içərisində 6,4 kq narkotik vasitəyə oxşar maddə, hər birində 10 həb olmaqla, 79 ədəd konvalüt "Tedol-200”, 100 ədəd 10 milliqramlıq flakonda "MYDRAX” psixotrop tərkibli dərman preparatları aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən cinayət işi başlanılıb.