29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güclü külək Ağcabədi və Bərdəni işıqsız qoyub

10.05.2021

Ölkə ərazisində qeydə alınan qeyri-sabit hava şəraiti Ağcabədi rayonunda bəzi fəsadlar törədib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, gecə saatlarından başlayan güclü külək bir çox küçələrində ağacları və işıq dirəklərini aşırıb. Elektrik dirəklərinin aşması elektrik naqillərinin qırılmasına səbəb olub.

Yol kənarlarında aşan ağaclar bəzi tikililərin dam örtüyünün uçmasına səbəb olub. Hazırda aidiyyəti orqanların əməkdaşları küləyin fəsadlarını aradan qaldırır. Elektrik naqilləri bərpa olunur, yollara aşan ağaclar doğranaraq avtomobillərin hərəkətinə şərait yaradılır.

Güclü külək Bərdədə də problemlər yaradıb. Şəhərin mərkəzi hissəsi və bir neçə kənddə ağaclar aşıb, sakinlərə məxsus yaşayış evlərinin və hündür mərtəbəli yaşayış binalarının dam örtüyü sıradan çıxıb. Rabitə və yüksək gərginlikli elektrik xətlərinə də zərər dəyib. Rayona verilən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası əhaliyə dəymiş ziyanı hesablayır, küləyin fəsadları aradan qaldırılır.