29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ətlərin natəmiz su ilə yuyulması aşkar edildi

10.05.2021

Sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Göyçay Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarınıniştirakı ilə heyvan kəsimi məntəqələrində monitorinq aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz su ilə yuyulması aşkar edilib.

Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci ( Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğuntədbir görülüb.