29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Masazırda İNANILMAZ mənzərə

10.05.2021

Azərbaycanda Masazır Duz gölü füsunkar və qeyri-adi gözəlliyə məxsus göllərdən biridir. Bir neçə gündür əsən güclü külək, çəhrayı rəngi ilə fərqli mənzərəyə malik olan Duz gölündə maraqlı mənzərənin yaranmasına səbəb olub.

DM xəbər verir ki, kadrlarda Abşeron yarımadasında, Masazır kəndinə yaxın ərazidə yerləşən möhtəşəm Duz gölünün qeyri-adi görüntüləri yer alıb.

Əsən güclü küləyin təsirindən sanki köpük kimi ətrafa dağılan duz ''ləpələri", bu mənzərəni izləyənlərin diqqətini cəlb edib. Kadrlardan da görünür ki, ərazidən ötüb-keçənlər bu gözəl inanılmaz mənzərəyə biganə yanaşmayıb hətta şəkillər də çəkirlər. Qeyd edək ki, Göldən 1813-cü ildən mütəmadi olaraq duz çıxarılır. Gölün qida duz ehtiyatları təxminən 1735 milyon ton təşkil edir. Gölün sahilində duz istehsal edən zavod yerləşir. Göldən duz, suyun səthində olan duz layı şəklində və suyun tərkibində olan məhlul şəklində çıxarılır.

İzlədikcə insanda xoş hisslər yaradan əsrarəngiz Duz gölünün görüntülərini təqdim edirik: